adalet.az header logo
  • Bakı 11°C
05 Iyun 2017 14:45
24628
MARAQLI
A- A+

Günün ən xoş xəbəri

Anar Həsənli redaksiyamıza xalqımızı sevindirəcək çox gözəl bir xəbər göndərib: «Belə ki uzunmüddətli «soyuq müharibədən» sonra müğənnilər Elnurla Natəvan barışıblar. Bu işdə YUNESKO-nun da vasitəçiliyi olub. Kanallarımızın ağızdolusu verdiyi bu gözəl xəbər münasibətilə hər birinizi təbrik edir, düşmənlərimizə isə «gözünüz çıxsın» deyirəm. Təklif edirəm ki, bu hadisə şərəfinə hər il iyunun ilk bazar günü Milli Barışıq Günü kimi qeyd edilsin».

Redaksiyadan: Ən əsası da odur ki, ATƏT bu işə qarışa bilməyib, yoxsa bu gözəl xəbəri 30 il gözləməli olacaqdıq.