Aqil ABBAS: 10 YAŞLI UŞAQ: İNTİHAR, YOXSA…

AQİL ABBAS
75077 | 2017-06-06 11:00

Bilmirəm nə yeyib-içirikvə ya bizə nə yedirib-içirirlər, hər gün bir neçə intiharxəbəri oxuyuruq. Böyüklərə və gənclərə,yeniyetmələrə bir don geyindirmək olar. Bu ayrı bir mövzu. Amma uşaqların,10-14 yaş arası uşaqların intiharına heçbir don geyindirmək, hansısa bir səbəb tapmaq mümkün deyil.

Və bir də bu günədəkkiminsə intihar həddinə çatdırmaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyinində şahidi olmamışıq. Belə çıxır ki, intihar edənlər öz keflərindən, tut ağacındansallanmaqdan xoşları gəlir deyin özlərini tut ağacından asırlar, ya da birneçə saniyə uçmaq eşqiylə özlərini binalarıntəpəsindən atırlar. Sinələrini düşmən gülləsinə sipər etməkdən çəkinməyən əsgərlərimizdə həyatlarına ona görə qəsd edirlər ki, sevgililərinin onları atıb İbn Səlama ərə getmələrinə dözə bilmirlər. Vəsair və ilaxır…

İntihar xəbərlərinidə elə təqdim edirik ki, elə bil toy-bayram xəbəri yayımlayırıq: şəkilləri – anasıyla, qardaşıyla,övladı ilə, nə bilim dostlarıyla çay süfrəsi arxasında; yas yerindən reportajlar– qonşuların, sinif yoldaşlarının, tələbədirsə – tələbə dostlarının, müəllimlərinin xatirələri; telefonmesajları, statusları…

Türkiyənin kanallarındanümayiş edilən filmlərdə bir detala fikir vermisiz? Siqaretinvə alkoqolun üstünü vururlar. Sağ olsunlar,düz edirlər, müsəlman ölkəsidi, istəmirlər uşaqlar və yeniyetmələr pozulsunlar.Amma baxırsan ki, narkotikanı necə bişirirlər, sonra necə şpritsə doldururlar, qollarınınecə rezinlə sıxır, sonra o narkotikanı damarlarına necə ləzzətlə vururlar! Lap adamın tamahı düşür.Biz də intihar xəbərlərini beləcə «ləzzətlə» mətbuatda təqdim edirik, sosialşəbəkələrdə paylaşırıq, təmtəraqlı şərhlərdə ki…

Elə bu yaxınlarda çox sevdiyimistedadlı bir gənc yazıçının intiharınıelə bərli-bəzəkli yazırdıq ki, (hələ yazırıq da) qorxurdum digər gənc yazarlaronun şöhrətinə paxıllıq eləyib özlərini öldürələr. Elə bir şair dostumuz sosial şəbəkədəintihar edəcəyi ilə bağlı bir status paylaşıbtelefonunu da söndürmüşdü, ədəbi camiyə də dəymişdi bir-birinə. Şükür ki,axırı yaxşı qurtardı.

Bazargünü daha bir bomba partladı: on yaşlı biruşaq intihar edib! Özü də intihar etməmişdənəvvəl həyətlərinin hasarına da yazıb ki, «intihar etməyə gedirəm». Sonra gedir özünü atır kanala, özünü suya atmamışdan qabaq ayaqqabısınınbirini çıxarıbmış?!

Birpsixoloq, bir mütəxəssis buyursun görək 10 yaşında bir uşaq intihar etmək gücündə, intihar etmək ağlındadımı?! Hələ bir hasara da yazsın ki, «intihar etməyə gedirəm». Buna siz inanırsınızmı?!

Atasıvelosiped almayıbmı?! Müəllim «2»mi yazıb?!Sevdiyi qız başqasına vurulub?!

Hasardakı yazını o uşaqmı yazıb, ekspertlər onun xətti olduğunu dəqiqləşdiriblərmi?! Hüquq-mühafizə orqanlarıbir son nəticəyə gəlibmi?!

Tanrı o uşağınata-anasına səbr versin, çox ağır bir faciədir, çəkiləsi dərd deyil. Onlarda övladlarının ölüm səbəbini (mənim subyektivfikrimcə, intihar yox – ölüm səbəbini) bir araşdırsınlar.

Vəəgər doğrudan da o uşaq intihar edibsə, Tanrıbiz qələm sahiblərinə də bir az insaf versin,yoxsa yazdıqlarımızı özümüz yaşamalı olarıq!


TƏQVİM / ARXİV