Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
Əfsanəvi aktrisa Merlin Monronun 1962-ci ildə dünyasını dəyişdiyi ev rekord qiymətə satılıb.
Adalet.az xəbər verir ki, 7.25 milyon dollara satılan ev əvvəllər də satışa çıxarılsa da, indiki qiymət təklif olunmamışdı.
Los-Ancelesdə yerləşən evin 4 yataq otağı, hovuzu, böyük bağçası var.