adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyun 2017 16:04
14196
ELM VƏ TƏHSİL
A- A+

Magistraturaya qəbul imtahanı keçirilib

İyunun 4-də Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

Bakı, Naxçıvan və Gəncə şəhərlərində aparılan imtahan saat 13.00-da başlanıb və saat 14.30-da başa çatıb.

İmtahana nəzarətçi-müəllimlər nəzarət ediblər.

İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunub (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi bu il mayın 4-dən 22-dək aparılıb və 9 min 522 nəfər qəbul proqramını seçərək təsdiqləyib.