adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2017 21:14
15793
KRİMİNAL
A- A+

Avtomobildən 23 ədəd telefon aşkar edilib

Mobil telefonların ölkəyə qanunsuz gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz C280” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yerində xüsusi düzəldilən gizli saxlanc yerindən 13 ədəd "Samsung Galaxy J1 mini prime” və 10 ədəd "Samsung Galaxy J1” markalı mobil telefonlar, 8 ədəd qidalandırıcı başlıq, 6 ədəd qulaqcıq, 6 ədəd USB kabel və 6 ədəd qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.