adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyun 2017 17:46
51823
ELM VƏ TƏHSİL
A- A+

6 nömrəli məktəb-liseydə Mir Cəlal Paşayev yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Bu gün 6 nömrəli məktəb-liseydə Azərbaycanın görkəmli yazıçısı Mir Cəlal Paşayev yaradıcılığına həsr olunmuş "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir” adlı tədbir keçirilib. 

Tədbirdə məktəbin direktoru Gülşən Orucova və müəllim – şagird kollektivi iştirak edib. Məktəbin direktor müavini Təranə Səmədova tədbiri giriş sözü ilə açaraq hər kəsi salamlayıb qeyd etmişdir ki, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş yazıçı, böyük alim Mir Cəlal Paşayev hər zaman tədqiq edilməyə, işıqlandırımağa ehtiyac duyulan sənətkarlardan biridir. Adı çəkilən məktəbin dil və ədəbiyyat müəllimi Göyçək Piriyeva məruzə edərək qeyd etmişdir ki, bugünkü tədbirimizin məqsədi məhz orta məktəbdə tədris zamanı Mir Cəlal müəllimin bir pedaqoq, müəllim kimi xidmətlərini, onun hər dövr üçün aktual olan əsərlərini şagirdlərin diqqətinə çatdırmaqdır.

Tədbir şagirdlərin ifasında ədibin "Həkim Cinayətov”, "İclas qurusu”, "Özündən naxoş”, "Xarici naxoşluq” satirik hekayələrindən ibarət bədii kompozisiya ilə davam edib. Daha sonra məktəbin rus bölməsi şagirdləri arasında keçirilən Mir Cəlal Paşayev yaradıcılığından bədii tərcümə yarışının qaliblərinin adı açıqlanıb, iştirakçı şagirdlərə diplom və təşəkkürnamələr təqdim edilib. Tədbirin fəxri qonağı dosent Ədibə xanım Paşayeva sonda başda direkor olmaqla tədbir iştirakçılarına dərin minnətdarlıq bildirib. 6 nömrəli məktəb-liseyin direktoru Gülşən xanım Orucova bugünkü tədbirdə şagirdlərin məharətli çıxışlarına görə sonsuz fəxarət hissi keçirdiyini qeyd edib. Görkəmli yazar Mir Cəlal Paşayevin qızı Ədibə xanım, oğlanları Hafiz Paşayev, Arif Paşayevin məhz 6 nömrəli məktəbin məzunları olmaqdan dolayı qürur duyduğunu qeyd edib. 

Tədbir Mir Cəlal haqqında bədii filmin nümayişi ilə sona çatıb.


Nigar RÜSTƏMQIZI