deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Əzizə İsmayılova: Yazmaya bilmədim... Adalet.az | Əzizə İsmayılova: Yazmaya bilmədim... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əzizə İsmayılova: Yazmaya bilmədim...

22865    |   2017-06-02 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun haqqında bu günə kimi heç vaxt yazmamışdım. Ona görə yox ki, sözüm yox idi, ona görə ki, ona olan dərin hörmətim qarşısında nə isə deməyə, adını hallandırmağa aciz idim.

Dünən belə bir xəbər oxudum: "Kamal Abdullayev Azərbaycan Dillər Universitetinə rektor təyin edilib". Sosial hesabımda kiçik bir status yazdım. Yazıya çevirmək keçdi içimdən ilk dəfə.

Xəbərə ilk reaksiyamın nə olduğunu indi də özüm üçün tam müəyyən edə bilmədim - sevindim, üzüldüm, təəssüfləndim, yoxsa paxıllıq elədim, indi də bilmirəm.

Nə qədər sevindiyimi tam bilmirəm, amma təəssüf və paxıllıq daha güclü olmuşdu deyəsən. "Heyf" dedim özümdən ixtiyarsız.

Elə indi, yəni günorta saat 2 xəbərində efirdə xəbər oxudum ki, "Azərbaycan Dillər Universitetinin (ADU) yeni rektoru Kamal Abdulla kollektivə təqdim olunub. Təqdimat mərasimində təhsil naziri Mikayıl Cabbarov da iştirak edib".

Yazmaya bilmədim bu dəfə. İlk dəfə üsyan etmək istədim bəlkə də. Bizim olanı paylaşmaq istəməməyin üsyanı. Əsassız deyildi heç nə...

Sevincimin tək və net səbəbi vardı - onun dövründə oxuma şansı qazanan tələbələr, sözün əsl mənasında gerçək tələbəliyin nə olduğunu biləcəklər, həm də özlərindən əvvəlkilərin onlara qibtə edəcəkləri bir şəkildə. Şans bu dəfə "Dillər"dən yanadı...

Kamal Abdulla 9 il rektorum olub Bakı Slavyan Universitetində.

Orta məktəbi qurtarandan düz 10 il sonra, 2000-ci ildə, əyalətdən testlə qəbula düşən, rus dilində bir söz belə bilmədiyi halda, yalnız sentyabrın 1-də, universitet qapısından girəndən sonra tədrisin rus dilində olduğu fakültədə oxuyacağını bilib şok keçirən bir gəncin, yəni mənim, bütün yıxılan xəyallarımın arxasında durub ən böyük dəstəkçim olmuşdu bu insan.

Bərkə-boşa düşməkdən mazol olan kəntöy kənd uşağına ancaq təhsil verməmişdi, həyatın daha fərqli yolunu öyrətmişdi.

"Bu dünyada asan olan hər şeydən qaç. Asan tapılan pendir tələdə olur. İstəsən, öyrənəcəksən. Get, oxu!” - hökmlə demişdi mənə, "axı mən rus dilini bilmirəm" deyə şikayət etdiyim və başqa universitetə transfer olmaq istədiyimi bildirdiyim günlərin birində.

"Mən rus dilində heç nə bilmirəm. Üzündən oxumağı belə zorla bacarıram. Bu, mümkünsüz bir şeydir. İmtahanlarda problem olacaq" - demişdim ona otağında kənd adamının şəhər etikasından kənar "sözümü deməliyəm" hikkəsiylə..

Əvvəl dinlədi. Sonra bir siqaret yandırdı. Xeyli vaxt mən nələrdənsə danışdım. Öz səsim öz başıma düşmüşdü. Susub qulaq asırdı. Sonda:

"Get, dərslərinlə məşğul ol. Bəhanə axtarma. Problem həll ediləcək bir şeydirsə, demək heç problem kimi yaranmayıb əzəldən. İmtahanda problem bəhanə gətirmə. Get və oxu!"- daha sərt və eyni anda həlim səslə qapını göstərdi...

O, otaqdan çıxanda nə qədər ağlamışdım. Hesab edirdim ki, bu dünyada məndən çarəsiz adam yoxdur. 10 il sonra universitetə gir, sonra da kəsil, geri qayıt. Rayonda nə deyərlər adama...

Yanıldığımı illər sonra dərk etdim. Özümə inamı elə artırmışdı ki, tədrisi rus dilində olan universitetimi 2 qırmızı diplomla başa vurdum... Aspiranturanı oxudum. Neçə il elə tələbə ola-ola işlədim BSU-da (rəsmi). Magistraturanın I kursunda, oxuduğum fakültəyə dekan müavini təyin etdi məni... Bu boyda inam, bu boyda etibar, bu boyda dəstək...

Mətbuata da ilk dəfə elə Kamal Abdulla gətirdi məni. Universitetimizin "Tələbə dünyası" adlı qəzeti vardı. Tez-tez yazılar verirdim ora, satirik tipli. III kursda oxuyanda həmin qəzetdə müxbir kimi işə başladım. Yazılarımı bəyəndiyini deyirdi. Deyirdi "bəzən çox sərt olursan, amma pis deyil. Nə yazırsan yaz, öz fikrini yaz və əmin ol yaz". IV kursda artıq qəzetdə ədəbi işçi idim. Professor-müəllim heyətindən kiminsə yazısını çapa məsləhət bilməyəndə narazılıq olurdu. Şikayət etmişdilər. Demişdi ki: "O iş onun işidir. Necə düz bilir, elə də edir. Elə yazın ki, xoşuna gəlsin". Sonra həmin yazılara özü də bir-iki dəfə göz atmışdı, əmin olmaq üçün...

Beləcə, addım-addım bu günə tərəf gəlməkdəydim. Ən əsası, mən tək deyildim. Nə qədər belə tələbə vardı, bir bilsəz. Çalışan tələbə üçün hər şey edirdi. Hər xırda şeyi qətiyyən şişirtməyi sevməzdi tələbəylə münasibətdə. Elə "çepe"lərimiz olub ki, başqa rektor bəlkə də universitetdən qovardı elə şeyə görə, amma o qovmurdu. Zamanla səhvimizi qəribə tərzdə başa salırdı. Bir də ayılırdıq ki səhvimizi dərk etmişik...

Ən gözəl xüsusiyyəti - müəllimi tələbənin, tələbəni müəllimin ayağına verdiyini heç görmədik. "Rektor gəlir, dağılışın" əmrini heç eşitmədik. Hər yerdə yanımızda idi. Tədbirlərdə bizə qoşulub oynaması, mahnı oxuması da bir başqa aləm idi. Heç vaxt bizi özündən aşağıda görmədi bu insan. Daim tələbədən yana idi. Hamıya həmişə ayıracaq vaxtı vardı.

17 il keçir onu tanıdığımdan. Onun da 9 ilində həm rektorum, həm elmi rəhbərim, həm də müəllimim olub. Bu gün neçə pillə irəlidəyəmsə, bunu o insana və onun komandasında olan müəllimlərimə borcluyam. Onun ətrafındakı komanda da eynən onun prinsiplərinə sadiq idi. Nə prorektor, nə dekan qapısının üzümüzə bağlı olduğunu görmədik. Hər yerdə hakimi ixtiyar biz idik - tələbələr! Çəkinirdik ondan, amma sevirdik. Bu gün çəkinmirik, amma yenə də sevirik. Həm də əvvəlkindən daha çox...

BSU tələbələri həmişə hər yerdə seçiliblər və seçilirlər. Çünki rektorumuza güvənirdik. O, bizə inanırdı. BSU tələbəsi olmaq bir başqa özəllik idi. Bunu izah etməklə bitməz.

Tələbələrin rektoru Kamal Abdullayevlə, işçilərin rektoru Kamal Abdullayev və müəllim Kamal Abdullayev tam başqa-başqa adamlardı. Çətindi onunla işləmək, həm də çox çətin, əgər məsuliyyət hissin yoxdursa...

Düz 8 ildir görmürəm, ayrılmışam doğma ocaqdan və təbii ki, Kamal müəllimi də hamı kimi ancaq TV-dən və mətbuatdan görürəm. İstənilən halda inanmıram illər onu dəyişmiş olsun...

Faydalanın ondan, tələbələr. Cod baxışından çəkinməyin. Baxmayın ki, birdən sərt cavab verər. Urəyi dilindən çox fərqlidir. Yetər ki, nəsə etməyə çalışın və inandırın ki, həqiqətən siz buna qadirsiniz. Açacaq yolunuzu. Ən azı heç birinizə əngəl yaratmayacaq. Həmişə bir seçiminiz mütləq olacaq.

Üzüldüyüm tək şey odur ki, niyə axı BSU-ya yox, Dillər Universitetinə? Axı BSU onun əsəri idi... daha dəqiq desəm əsəridir!

Şansınız gətirdi, "Dillər"in kollektivi... Gözünüz aydın. Hələ ki belə ziyalılar var, yararlanın...

Təbrik edirəm hamınızı...

Sizə rektor gəlsə də, əslində bizim rektorumuzdur O!




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK