adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyun 2017 17:21
28888
ƏDƏBİYYAT
A- A+

Yazıçı Zahid Sarıtorpaqla görüş keçirilib

Bakı Mühəndislik Universitetində yazıçı Zahid Sarıtorpaqla görüş keçirilib. Görüşdə yazıçının yeni nəşr olunan "Dərdin sarı çəpkəni” kitabı müzakirə edilib.

Görüşü giriş sözü ilə açan, professor Akif Hüseynli Zahid Sarıtorpağın şeir və nəsr yaradıcılığı barədə ətraflı məlumat verib. Professor kitabın müzakirəsində iştirak edən tələbələrə söz verməyin vacibliyini vurğulayıb. "Dərdin sarı çəpkəni” romanı barədə Azərbaycan dili və ədəbiyyatı kafedrasının tələbələri Rəşidə Quliyeva, Aytən Hacıyeva, Zeynəb Əliyeva geniş məruzə ilə çıxış ediblər. Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, dos. Emin Ağayev, baş müəllim Rəhman Quliyev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sədrəddin Hüseyn, filologiya elmləri üzrə fəlsəfə doktoru Zabitə Teymurlu, Yeqzar Cəfərli kitab haqda öz fikirlərini bölüşüblər. Zahid Sarıtorpaq tələbələrin suallarını cavablandırıb. Sonda panel-müzakirə haqda ürək sözlərini deyən yazıçı tələbələrlə görüşdən razı qaldığını və Bakı Mühəndislik Universitetinin rəhbərliyinə öz təşəkkürünü bildirib. /artkaspi.az/