MƏNİM TANIDIĞIM PƏRVİN İSMAYILOVA

FAİQ QİSMƏTOĞLU
69677 | 2017-06-02 14:43

… Hər hansı biryazarın maraqlı məqaləsini oxuyanda, yaxud da çəkdiyi süjeti televizorda görəndəistər-istəməz kövrəlirəm. Çünki buyazarlar öz oxucusunu, dinləyicisini və tamaşaçısını düşündürməyi bacarırlar…

… Bir neçə həftə bundan öncə «SPACE» TeleviziyaKanalında telejurnalist Pərvin İsmayılovanın Füzulidən hazırladığı bir süjetəbaxdım. Bu süjetdə Pərvin xanım aprel şəhidlərindən biri barəsində söhbətaçırdı. Həmin şəhid özü də Füzuli rayonundandı. Qəribədir ki, həmin süjetəbaxanda o qədər kövrəldim ki, göz yaşlarımı saxlaya bilmədim.

Belə ki, şəhidinövladı dəfn zamanı atasının tabutuna üzünü sürtür və ondan ayrılmaq istəmirdi.Bu anları təbii ki, görmək bir tamaşaçı və bir yazar olaraq mənim üçün çox ağıridi. Ən azından ona görə ki, mən də yaxşı bilirəm ki, torpaq ağrısı, şəhid verməknə deməkdir…

… O uşağıtabutdan aralaya bilmirdilər…. O uşaq atasından ayrılmaq istəmirdi… O uşaqsonuncu dəfə atasının tabutunun yanında özünü daha güclü hiss edirdi vədüşünürdü ki, atası hələ ki, dəfn edilməyib və onun yanındadır. Amma bir azdano tabutdan uzaqlaşacaq və şəhid isə dəfn ediləcəkdi...

… Uşaq sonradanbildirir ki, ona görə tabuta üzümü sürtüb ağlayırdım ki, bu mənim atamla songörüşüm idi. Mən atamı həmişə güclübilmişəm. Bilmişəm ki, atam heç vaxt ermənidən çəkinməyib və son nəfəsinə qədərdöyüşüb…

Sözün düzü, busüjetə axıra qədər baxandan sonra telejurnalist Pərvin xanıma telefon açdım və maraqlı, qeyri-adiyanaşmasına görə, ona ürək sözlərimi bildirdim. Təbii ki, Pərvin xanımın çəkdiyihər bir süjet öz aktuallığı, rəngarəngliyi ilə həmişə fərqlənib. Aprel döyüşləriilə bağlı lentə aldığı süjet isə mənim üçün bir daha unudulmaz və yaddan çıxmazidi. Bu barədə düşüncələrimi və fikirlərimi Pərvin xanımın özünə çatdırdım.

… O ürəkdə ki, vətənsevgisi var, millət sevgisi var həmişə bu duyğular səni vətənin ən çətin, ənağır, ən qaynar nöqtəsinə çəkəcək. Pərvin İsmayılova da telejurnalistolmamışdan öncə vətənini sevən, millətini sevən vətənpərvər bir xanımdır. Onagörə deyirəm ki, mən onu tez-tez ən çətin yerlərdən reportaj hazırlanmasınıefirdə görürəm. Zarafat deyil, bir gündə «Xəbərlər» proqramında iki-üç süjethazırlamaq və efirə çıxmaq jurnalistdən çox böyük istedad, savad, elm, bacarıqtələb edir. Ən başlıcası isə o qədər çevik və operativ olmalısan ki, hər hansımövzunu digərlərindən daha tez tapasan və onu işləyib gündəmə çıxarasan. Mənəelə gəlir ki, Pərvin İsmayılova bir telejurnalist kimi gənc olsa da artıq püxtələşib,zamanın bütün çətinliklərini, sınaqlarını arxada qoyub.

Çətinlik dedim, Pərvinxamının 10 il bundan əvvəlki fəaliyyəti yadıma düşdü. O bir vaxtlar iş tapmaqdaçətinlik çəkirdi. Amma buna baxmayaraq, öz istedadı, zəhməti ilə yol açmağı bacardı. Bir müddət «Həftə içi» qəzetində çalışdı, məhz orda da maraqlı və müxtəlifjanrlı yazıları ilə həm oxucuların, həm də müxtəlif yazarların diqqətini cəlbelədi. Pərvin İsmayılova o xanımlardandır ki, qarşısına çıxan hər bir çətinliyidəf eləməyi bacarıb. Onun nə elə arxası olub, nə elə köməyi olub, nə də eləimkanları olub. Hər şeyi öz gücünə, öz iradəsi hesabına dəf edə bilib…

Mənə elə gəlirki, Pərvin xanım həyatın bütün sərt üzünü çoxdan görüb. Yəni həyat onu hər cürimtahana, sınağa çəkib. Düzdü, vaxt olub ki, o sıxılıb, büdrəyib. Ancaq heçvaxt yıxılmayıb. Özünü toparlamağı, mübarizə aparmağı və ən nəhayət, ayağaqalxmağı bacarıb və gəlib olub Pərvin İsmayılova…

Təbii ki, onun«SPACE» kanalına gəlib çıxması və orda özünə böyük tamaşaçı məhəbbəti qazanmasıtəsadüfi deyil. Ən azından ona görə ki,Pərvin hansı qəzetdə çalışıbsa, orda redaktorun və oxucuların hörmətiniqazanmağı bacarıb. Bu cür hörmətli və məşhur televiziya kanalında nüfuzqazanmaq və özünü təsdiq etmək də o qədər asan deyil. Orda işə qəbul olmaq nə qədər çətindisə, mövqetutmaq, imzanı tanıtdırmaq və telejurnalist kimi özünü sevdirmək bir o qədər çətindir.Amma mən deyirdim bu illər ərzində Pərvin İsmayılova nəinki yaradıcı kollektivdəözünə nüfuz qazanıb, həm də tamaşaçı auditoriyası qarşısında böyük bir sevgiqazanmağı bacarıb.

Bayaq dedim ki,Pərvin İsmayılovanın elə bir arxası və köməyi yoxdur. Bu cür insanlarınAllahdan savayı və bir də Allahın ürəklərinə sevgi saldığı insanlardan özgəsığındığı heç bir qüvvə olmur. Mənə elə gəlir ki, istedadı, savadı, bacarığı vəçevikliyi ilə Pərvin İsmayılova onu sevənləri həmişə sevindirməyi bacarıb.Çünki kimsə ona bir göstəriş veribsə, tapşırıq veribsə, o da həmin tapşırığıçox peşəkarlıqla və yüksək səviyyədəicra etməyə nail olub.

Pərvinİsmayılova gəncdir, hələ onu qarşıda çox böyük sınaqlar və uğurlar gözləyir.Amma mən inanıram ki, bu istedadın, bu zəhmətin, bu sənətin sahibi onu qarşıdagözləyən hər bir çətinlikdən uğurla çıxacaq və özünü bir daha telejurnalistkimi sübut edəcəkdir. Çünki buna Pərvinxanımın həm istedadı, həm də peşəkarlığı bəs edir.

… Və bir dəsonda onu demək istəyirəm ki, hər dəfə efirə çıxanda Pərvin İsmayılova öztamaşaçılarını və onu sevənləri yeni süjetləri ilə sevindirir və onlara xoş birovqat bəxş edir. Qoy onun ovqatı həmişə yaxşı olsun və tamaşaçılarına da müsbətaura aşılaya bilsin…

TƏQVİM / ARXİV