Həyatla ölüm Tolstoyun gözündə

OĞUZ AYVAZ
46065 | 2017-06-02 22:15

Yapon rejissor Kurasavanın"Yaşamaq” filmini izləyərkən həyat və ölüm haqda xeyli düşünmüşdüm. FilmTolstoyun "İvan İliçin ölümü” əsərinin motivləri əsasında çəkilib. Əsərioxumamış filmi izləmişdim. Nəhayət, gün gəlib çatdı, əsəri də oxudum.


Tolstoyun bu əsəri, deyilənəgörə, özünün ən sevdiyi əsəridir. Roman Rollan Tolstoyun bioqrafiyasında qeydedib ki, həqiqi sənət bütün insanların daxilindəki gerçək yaxşılığın ifadəsidir.Buna bu təsbiti də əlavə edə bilərik: "Günəşin işığı yetməz, ürəyin işığıda gərəklidir."


Əsərin baş qəhrəmanı olanİvan İliç məhkəmədə işləyir. Uşaq yaşlarından daim yüksəklərə qalxmağa meyl edən,böyük vəzifə üçün mübarizə aparan İvan İliç bir gün ağır xəstəliyə düçar olur.Elə əsər də buradan başlayır. Ağrı getdikcə artır, ona əzab verməyə başlayır.Daim ağrını düşünməyi, ölüm qorxusu onu rahat həyatdan ayırır, əbədi əzablabaş-başa qoyur. Ailəsinə ürəyində kin yaranır, əvvəlki həyatının bir heçolduğunu anlayır. İvan İliç ölüm ayağında həyatın acımasızlığı ilə yanaşı,insanların saxtakarlığını, riyakarlığını da görür. O başa düşür ki, heç kim onudüşünmür. Hər kəs öz mənafeyini fikirləşir.


O, öldükdən sonra hər kəsonun vəzifəsini ələ keçirmək istəyir. İvan İliç fiziki əzabdan başqa mənəvi əzabda yaşayır ki, bu ona qat-qat ağır gəlir, ürəyində yığılıb qalmış cavabsızsuallar, həyatın acımasızlığı onu ağuşuna alır. Əsərdən bir parça:


"Həkim hər zamankı saatında gəldi. İvan İliç kin dolu gözlərini bu səfər onadikib bütün suallarına qısaca "Bəli” ya da "Xeyr” deyərək qarşılıq verdi. Ənaxırda, "Əlinizdən bir şey gəlməyəcəyini bilirsiniz. Buraxın artıq məni” dedi."Acılarınızı yavaşlada bilərik heç olmasa.” Onu da bacarmırsınız. Buraxın. Həkimdəhlizə çıxdı. Praskovya Fiyodorovnaya yoldaşının vəziyyətinin heç də yaxşı olmadığınıdedi. Acılar son dərəcə şiddətlənmiş olmalıdı, sakitləşdirmək üçün tək çarəmorfindir. Həkimin fiziki ağrıların qorxunc olduğunu söyləməsi bir gərçəkdi.Amma xəstənin çəkdiyi mənəvi acılar, fiziki acılardan qat-qat çox idi”.

Heç bir yaxını, hətta qızıvə oğlu da ona ürəklə kömək etmədiyi halda qulluqçusu Gerasim ona sadiq qalır,hər bir əziyyətini çəkir. Yazıçı bununla demək istəyir ki, insanları bir-birinəbağlayan yaxınlıq və s. deyil, onları bağlayan insanlıqdır. Təkcə Gerasim onayalan söyləmir.


"Bir dəfə İvan İliçonu yatmağa göndərmək istəyəndə Gerasim açıqca dedi:

-Hamımız öləcəyik. Zəhmət çəkəndənolar?-dedi və bununla bildirmək istədi ki,zəhmət çəkməkdən ərinmir,çünki bu əziyyətiölüm ayağında olan adam üçün çəkir və ümid edir ki,vaxtı gələndə onun üçün də zəhmətçəkən tapılacaq."

İvan İliçə bədənindəkiağrılardan çox, həyatın necə mənasız olması əzab verir. O, evdə artıqlığınıhiss edir və tez bir zamanda ölmək istəyir. Yaxınları otağına girərkən belə"qoyun rahat ölüm" deyib onları qovur.

Tolstoyun bu əsəri bəşəridir.Sarsıdıcıdır. İnsan həmişə həyat, ölüm haqqında düşünməlidir. Özümə sula verdimki, mən yaşayırammı? Yaşamaq əslində nədi? Mənim üçün yaşamaq həyatı olduğu kimqəbul etməkdir. Bir ağac yarpağı, çərpələng, futbol topu, yağış, göyqurşağı,uşaqlar bunlar məni mutlu edən nüanslardı.

Əsərin mesaj budu: Yaşamaq,yaşamaq, yaşamaq...


Sonda əsərdən seçdiyim üç maraqlı parçanı sizə təqdim edirəm:


"Bu saat veclərinə deyil, amma onlar da mənim kimi öləcəklər.Gicbəsərlər. Mən qabağa düşmüşəm,amma növbə onlara da çatacaq. Qanmazheyvanlar!”

***

"Əvvəllər onu ölüm haqda fikirləşməyə qoymayan,bunaimkan verməyən düşüncə tərzinə qayıtmağa çalışırdı.Amma qəribəydi,əvvəllər ölümfikrinin qabağını alan,onu gizlədən,məhv eləyən nə vardırsa,heç biri indi o cürtəsir eləyə bilmirdi”.

***

"Xəstələndiyinin üçüncü ayında necə oldusa ,nəzərəçarpmadan,addım-addım,yavaş-yavaş iş gəlib o yerə çatdı ki,arvadı da,qızıda,oğlu da,nökər-naib də,tanışları da,həkimlər də,başlıcası isə özü də artıqbaşa düşdülər ki,hamı onunla yalnız bir şeyə görə maraqlanır:öz yerini nə vaxtboşaldır,camaata verdiyi bu əziyyət haçan başa çatacaq və öz canı işgəncədən nəvaxt qurtaracaq”.

TƏQVİM / ARXİV