ANA SƏHİFƏ / YAZARLAR

Həyatla ölüm Tolstoyun gözündə

28705    |   2017-06-02 22:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yapon rejissor Kurasavanın "Yaşamaq” filmini izləyərkən həyat və ölüm haqda xeyli düşünmüşdüm. Film Tolstoyun "İvan İliçin ölümü” əsərinin motivləri əsasında çəkilib. Əsəri oxumamış filmi izləmişdim. Nəhayət, gün gəlib çatdı, əsəri də oxudum.


Tolstoyun bu əsəri, deyilənə görə, özünün ən sevdiyi əsəridir. Roman Rollan Tolstoyun bioqrafiyasında qeyd edib ki, həqiqi sənət bütün insanların daxilindəki gerçək yaxşılığın ifadəsidir. Buna bu təsbiti də əlavə edə bilərik: "Günəşin işığı yetməz, ürəyin işığı da gərəklidir."


Əsərin baş qəhrəmanı olan İvan İliç məhkəmədə işləyir. Uşaq yaşlarından daim yüksəklərə qalxmağa meyl edən, böyük vəzifə üçün mübarizə aparan İvan İliç bir gün ağır xəstəliyə düçar olur. Elə əsər də buradan başlayır. Ağrı getdikcə artır, ona əzab verməyə başlayır. Daim ağrını düşünməyi, ölüm qorxusu onu rahat həyatdan ayırır, əbədi əzabla baş-başa qoyur. Ailəsinə ürəyində kin yaranır, əvvəlki həyatının bir heç olduğunu anlayır. İvan İliç ölüm ayağında həyatın acımasızlığı ilə yanaşı, insanların saxtakarlığını, riyakarlığını da görür. O başa düşür ki, heç kim onu düşünmür. Hər kəs öz mənafeyini fikirləşir.


O, öldükdən sonra hər kəs onun vəzifəsini ələ keçirmək istəyir. İvan İliç fiziki əzabdan başqa mənəvi əzab da yaşayır ki, bu ona qat-qat ağır gəlir, ürəyində yığılıb qalmış cavabsız suallar, həyatın acımasızlığı onu ağuşuna alır. Əsərdən bir parça:


"Həkim hər zamankı saatında gəldi. İvan İliç kin dolu gözlərini bu səfər ona dikib bütün suallarına qısaca "Bəli” ya da "Xeyr” deyərək qarşılıq verdi. Ən axırda, "Əlinizdən bir şey gəlməyəcəyini bilirsiniz. Buraxın artıq məni” dedi. "Acılarınızı yavaşlada bilərik heç olmasa.” Onu da bacarmırsınız. Buraxın. Həkim dəhlizə çıxdı. Praskovya Fiyodorovnaya yoldaşının vəziyyətinin heç də yaxşı olmadığını dedi. Acılar son dərəcə şiddətlənmiş olmalıdı, sakitləşdirmək üçün tək çarə morfindir. Həkimin fiziki ağrıların qorxunc olduğunu söyləməsi bir gərçəkdi. Amma xəstənin çəkdiyi mənəvi acılar, fiziki acılardan qat-qat çox idi”.

Heç bir yaxını, hətta qızı və oğlu da ona ürəklə kömək etmədiyi halda qulluqçusu Gerasim ona sadiq qalır, hər bir əziyyətini çəkir. Yazıçı bununla demək istəyir ki, insanları bir-birinə bağlayan yaxınlıq və s. deyil, onları bağlayan insanlıqdır. Təkcə Gerasim ona yalan söyləmir.


"Bir dəfə İvan İliç onu yatmağa göndərmək istəyəndə Gerasim açıqca dedi:

-Hamımız öləcəyik. Zəhmət çəkəndə nolar?-dedi və bununla bildirmək istədi ki,zəhmət çəkməkdən ərinmir,çünki bu əziyyəti ölüm ayağında olan adam üçün çəkir və ümid edir ki,vaxtı gələndə onun üçün də zəhmət çəkən tapılacaq."

İvan İliçə bədənindəki ağrılardan çox, həyatın necə mənasız olması əzab verir. O, evdə artıqlığını hiss edir və tez bir zamanda ölmək istəyir. Yaxınları otağına girərkən belə "qoyun rahat ölüm" deyib onları qovur.

Tolstoyun bu əsəri bəşəridir. Sarsıdıcıdır. İnsan həmişə həyat, ölüm haqqında düşünməlidir. Özümə sula verdim ki, mən yaşayırammı? Yaşamaq əslində nədi? Mənim üçün yaşamaq həyatı olduğu kim qəbul etməkdir. Bir ağac yarpağı, çərpələng, futbol topu, yağış, göyqurşağı, uşaqlar bunlar məni mutlu edən nüanslardı.

Əsərin mesaj budu: Yaşamaq, yaşamaq, yaşamaq...


Sonda əsərdən seçdiyim üç maraqlı parçanı sizə təqdim edirəm:


"Bu saat veclərinə deyil, amma onlar da mənim kimi öləcəklər. Gicbəsərlər. Mən qabağa düşmüşəm,amma növbə onlara da çatacaq. Qanmaz heyvanlar!”

***

"Əvvəllər onu ölüm haqda fikirləşməyə qoymayan,buna imkan verməyən düşüncə tərzinə qayıtmağa çalışırdı.Amma qəribəydi,əvvəllər ölüm fikrinin qabağını alan,onu gizlədən,məhv eləyən nə vardırsa,heç biri indi o cür təsir eləyə bilmirdi”.

***

"Xəstələndiyinin üçüncü ayında necə oldusa ,nəzərə çarpmadan,addım-addım,yavaş-yavaş iş gəlib o yerə çatdı ki,arvadı da,qızı da,oğlu da,nökər-naib də,tanışları da,həkimlər də,başlıcası isə özü də artıq başa düşdülər ki,hamı onunla yalnız bir şeyə görə maraqlanır:öz yerini nə vaxt boşaldır,camaata verdiyi bu əziyyət haçan başa çatacaq və öz canı işgəncədən nə vaxt qurtaracaq”.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK