adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Iyun 2017 13:00
23792
KRİMİNAL
A- A+

Mal-qara oğruları yaxalanıb

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri ilə mal-qara oğurluğunun üstü "isti izlərlə" açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Mayın 29-da 5 nəfər kənd sakini mal-qara oğurluğu ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları həmin ərazidə iki gün əvvəl dövlət nömrə nişanı məlum olmayan "QAZ-53" markalı yük maşınının görünməsi barədə məlumat əldə ediblər. Müvafiq tədbirlərlə həmin nəqliyyat vasitəsinin Cəbrayıl rayon sakini Fuad Məmişova məxsus olması dəqiqləşdirilib, o, şübhəli şəxs qismində RPŞ-yə gətirilib. Ətrafında aparılan tədbirlərlə onun oğurluğu digər həmyerliləri Aruz Paşalı və Qalib Həsənli ilə birlikdə törətməsi də müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onlar da tutulublar.

Hər üç şəxs 7 baş heyvanı Biləsuvardakı mal bazarında 4400 manata satdıqlarını və pulu aralarında böldüklərini etiraf ediblər. Satışdan əldə olunan pul maddi sübut kimi götürülüb, həmçinin onların həmin heyvanları satdıqları qəssablar da müəyyənləşdirilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.