adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyun 2017 12:51
23769
KRİMİNAL
A- A+

Masallıda kriminal aləmlə əlaqəsi olan şəxs tutuldu

Masallı rayon sakini külli miqdarda narkotik vasitə ilə saxlanılıb.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayonun Ərkivan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Cəfərov Natiq Nəriman oğlunu saxlayıb.

N.Cəfərov saxlanılarkən üzərinəki bağlamada 1,5 kiloqram çəkidə qurudulmuş marixuana aşkar edilərək maddi-sübut kimi götürülüb.

N.Cəfərov narkotik tərkibli bitkini özü yetişdirdiyini söyləyib.Saxlanılan şəxsin kriminal aləmlə sıx əlaqəsinin olduğu bildirilir, əvvəllər törətdiyi ağır cinayətə görə məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.