adalet.az header logo
  • Bakı 18°C
02 Iyun 2017 10:13
29504
MARAQLI
A- A+

Cərrahların, sürücülərın nəzərinə - İşsiz qala bilərsiniz

Bir qrup britaniyalı və amerikalı alim süni intellektin insan bacarıqlarını nə zaman üstələyəcəyi barədə təhlil aparıb.

Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, süni intellekt 2024-cü ildə tərcümə sahəsində artıq insanı əvəz edə biləcək.

2027-ci ilədək yük maşınlarının sürücüləri, 2031-ci ilədək mağaza satıcıları süni intellektlə əvəz olunacaq.

Bundan başqa, yazıçılara 2049-cu ildə, cərrahlara 2053-cü ildə ehtiyac qalmayacaq.

Mütəxəssislərin proqnozlarına görə, 120 ildən sonra bütün sahələrdə kompüterlər insanı əvəz edəcək. (Trend)