adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Iyun 2017 21:30
13758
KRİMİNAL
A- A+

Axtarışda olan 32 nəfər həbs edilib

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 90 cinayət faktı qeydə alınıb, onların da 10-u "isti izlər”lə açılıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 32 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.