adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Iyun 2017 15:25
23179
ƏDƏBİYYAT
A- A+

“Qızılbaş” beynəlxalq müsabiqəsi başlayır

02 iyun saat 15:00-da AYB Natəvən klubunda Şah İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən "Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” və "Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabının təqdimatı və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək Hekayə müsabiqəsinin təqdimatı keçiriləcək.

Adalet.az xəbər verir ki, "Böyük adam olmuş uşaq - Şah İsmayıl Xətai” hekayəsinin müəllifi dossent Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur. Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığını və sərkərdəliyi şahın öz dilindən verilir.

"Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabı isə Oğuz Müstəqil Araşdırmalar Qrupu tərəfindən hazırlanıb.

Hər iki əsər Hədəf Nəşrlərinin sponsorluğu ilə çap edilib.

AYB Şah İsmayıl Komissiyasının sədri, müsbiqə layihəsinin rəhbəri Şəmil Sadiqin verdiyi məlumata görə, Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə "Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcək.