adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Iyun 2017 12:29
13009
MƏDƏNİYYƏT
A- A+

Uşaqlar Günü Teatrda qeyd olunacaq

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Dövlət Musiqili Teatrında qeyd olunacaq.

Teatrın mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, 67 ildir dünyada qeyd olunan Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Musiqili Teatrda konsert proqramı təşkil olunacaq.

UNESCO-nun assosiativ məktəblər şəbəkəsinin üzvü olan Bakı Avropa Liseyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə şagirdlərin ifasında dünyanın bir sıra xalqlarının rəqsləri nümayiş olunacaq.