adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 May 2017 16:30
14380
ƏDƏBİYYAT
A- A+

Şairlər Günü qeyd olunacaq

İyunun 5-də Azərbaycanda VII Şairlər Günü qeyd olunacaq.

Şairlər Günü indiyədək Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, İran və Rusiyadan dəvət olunan qonaqların iştirakı ilə keçirilib.

Mikayıl Müşfiqin doğum günü münasibəti ilə təsis olunan mərasimdə Müşfiqin adını daşıyan mükafat şairlərə təqdim olunacaq və Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gül səpiləcək.

Tədbir Gənc Şairlər və Azərbaycan Yazıçılar Birliklərinin təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin, TİKA-nın, Türkiyə Səfirliyi Kültür və Tanıtma Müşavirliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin və "Azərkitab”ın təşkilati dəstəyi ilə baş tutacaq.

Mərasimdə müxtəlif ölkələrin tanınmış şair və ədəbiyyatçılar, sənət adamları və musiqiçilər iştirak edəcək.

VII Şairlər Günü xalq şairi Məmməd Arazın xatirəsinə həsr ediləcək.

İlk dəfə olaraq tədbir bölgələrdə də qeyd ediləcək. VII Şairlər Günü iyunun 5-də Bakıda Beynəlxalq Muğam Mərkəzində, iyunun 7-də Beyləqan Mədəniyyət Sarayında, iyunun 8-də Şabran Mədəniyyət Sarayında keçiriləcək.