DÜNYADAN GÖRÜNƏN KƏND

FAİQ QİSMƏTOĞLU
66340 | 2017-05-31 13:58

… Biz bura aprelayının 30-da gəlmişdik. Onda mənim yanımda dostum Arif idi, oğlum Emin idi və birdə nəvəm Tunar idi. Və o vaxt Cocuq Mərcanlıda quruculuq, tikinti, abadlıq işlərinindaha qızğın vaxtı idi. Çünki tikinti yenicəbaşlamışdı və hər tərəfdə həyat bulaq kimi qaynayırdı…

Bu dəfə isə qohumumvə Cocuq Mərcanlıdakı məscidin tikintisində çalışan Əbdürrəhim Əzizovla yenidənhəmin kəndə baş çəkirik. May ayının 29-cu saat 17:10 dəqiqə. Horadiz şəhərindənkeçərək yeni salınmış asfalt yolla Cocuq Mərcanlıya üz tuturuq. Yolun sağında vəsolunda taxıl zəmiləri adama gəl-gəl deyir. Hətta kəndin kənarındakı zəminin içindəbitmiş lalələr, güllər və çiçəklər diqqətimizicəlb eləyir. Onların ətri ətrafı bürüyüb. Sanki bura Allah-Təala bu yaz günündəbütün gözəlliklərini səpələyib. Və bu gözəlliklər yeni tikilən Cocuq Mərcanlıyayeni rənglər, yeni çalarlar gətirir…

Artıq maşınımız kəndiniçinə doğru irəliləyir. Yeni tikilmiş 50-yə yaxın binanın hamısı tam hazır vəziyyətdədir.Hətta məhlələr arasında asfalt da çəkilib. Hər binanın ətrafı hasarlanıb və tamhazır vəziyyətə gətirilib. Kimlərsə bu evdə yaşayacaqsa halal xoşları olsun. Təbiiki, bu evdə məskan salacaq və yaşayacaq insanlar da cocuq mərcanlılar olacaq. Çünkionların yurd-yuvaları 1993-cu ilin avqustunda tamamilə işğal olunmuş və sonrakıaylarda yandırılmışdı. 1994-cü ilin yanvarın əvvəllərində Füzuli rayonunun Horadizşəhəri və 22 yaşayış məntəqəsi geri qaytarılanda Cəbrayılın Cocuq Mərcanlı kəndidə erməni işğalından azad olunmuşdu. Kənd azad olunduqdan sonra orda yaşayan yeganəinsan Elman adlı bir adam olub və o da ən ağır, ən çətin anlarda gəlib kəndinə sığınıb…

…Əbdürrəhim Əzizov yeni tikilmiş məktəbi mənə göstərir. Biz aprelayında kənddə olanda o məkiəbin tikintisi sürətlə davam eləyirdi. İndi isə biz tambaşqa mənzərənin şahidi oluruq. Məktəb tikilərək istifadəyə hazır vəziyyətdədir.Həyətində bir-birindən gözəl güllər, çiçəklər və ağaclar əkilib. Həmin güllər, çiçəklər,ağaclar da məktəbə daha bir gözəllik gətirir…

Məktəbin görüntüsünükameramızın yaddaşına köçürürük. Ümumiyyətlə, biz Cocuq Mərcanlıda quruculuq, abadlıqişləri ilə tanış olanda çoxlu sayda şəkillər çəkdik. Çəkdik ki, onları çoxsaylıoxucularımıza çatdıraq…

Cocuq Mərcanlıdakıbu qədər qısa zaman kəsiyində möhtəşəm işlərin görülməsi ölkə Prezidenti cənab İlhamƏliyevin çox böyük xidmətlərinin nəticəsidir. Cənab Prezident Cocuq Mərcanlınınyenidən tikilməsi, qurulması üçün milyonlarla vəsait ayırıb. Həm də onu qeyd edəkki, tikintidə gedən bütün proseslər ölkə prezidenti tərəfindən xüsusi nəzartədəsaxalnılır, elə məhz kənddə məscidin tikintisi də Prezident İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilir.

Məscidin tikintisindəməsul işləri həyata keçirən Əbdürrəhim Əzizovla ətrafa diqqətlə nəzər yetirəndənsonra o məni tikinti işləri gedən salona dəvət edir. Salonda isə çox möhtəşəm işlər görülür. Əbdürrəhim müəllimbizi məscidin salonunda dekorativ işləri həyata keçirən iş icraçısı Hacısoltan İsmayılovlatanış edir. Biz Hacısoltan müəllimlə söhbət zamanı öyrənirik ki, o əslən Naxçıvandandır.Öz vətəninə, torpağına ürəkdən bağlı insandır. Elə oun da bura məhz bu sevgi, buistək gətirib. Məscidin içərisində dekorativ bəzək işləri, boya işləri görülür.Hacısoltan müəllim deyir ki, biz 24 saat fasiləsiz olaraq işləyirik ki, tikintinivaxtından əvvəl yerinə yetirək. Burda bir neçə briqada fəalliyyət göstərir. Onlarınbiri dekorativ işlərlə, digəri isə mebel işləri ilə məşğuldur. Avropadan gətirilmişboya ilə kümbəzin içi rəssamlar tərəfindən rənglənir. Burda hər bir rəssamdan çoxböyük istedad, peşəkarlıq və dəqiqlik tələb olunur. Ona görə də əl işlərini həyata keçirən bu insanlar son dərəcətapşırılan işə diqqətlə yanaşırlar. Kümbəzin içi məxbər boyalarla boyanır. Öyrənirikki, məscidin içində çalışan əməkdaşlar gecə-gündüz tapşırığı vicdanla yerinə yetirirlər.Zakir Allahverdiyev, Namiq Namiqov və digərləri hər işi səliqəylə görməyə çalışırlar.

Məsciddə bütün memarlıqvə bəzək işləri milli memarlıq nümunələrinə uyğun həyata keçirilir. Eyni zamandamilli ornamentlərdən, naxışlardan tavanlarda geniş istifadə edilib. Hiss olunur ki, bu tarixiabidənin tikintisi çox möhtəşəm bir şəraitdə görülür. Yəni rəssamlar və memarlar ona çalışırlar ki, XXI əsrin2017-ci ilində tikilən bu məscid əsl tarixi abidəyə çevrilsin. Məscidin salonu ikihissədən ibarətdir. Aşağı hissə 350 kvadratmetrdən ibarətdir və bura kişilər üçün nəzərdə tutulub. Yuxarı hissəsi isə 200 kvadratdır.Burda isə qadınlar ibadət edəcəklər.

Məscidin yanındaisə iki möhtəşəm kompleks var və hər iki kompleksdə tamamlama işləri başa çatmaqüzrədir. Məscid demək olar ki, iyun ayının 5-də hazır vəziyyətə çatdırılacaq. Hələki, mayın 30-da onun üzərində son tamamlama üzlük işləri görülür, ətrafında isəyerə daş döşənirdi. Bir-birindən səliqəli və döşənən daşlar orijinallığı ilə seçilir.Əbdürrəhim Əzizov bildirir ki, məscidin tikintisində 95 faiz yerli tikinti materiallarındanistifadə edilib.

Mais Məmmədov isəbriqadirdir. O, Füzulinin Böyük Bəhmənli kəndindəndir. Briqadanın əməkdaşları daşvə üzlük işlərilə məşğuldular. Ümumiyyətlə, burda çalışan insanların da çoxu Füzulidənvə eləcə də Cəbrayıldandılar. Bu həm iş yeri deməkdi, həm də həmin insanların çörəkpuluqazanmasıdır. Deməli, burda görülən işlər bütövlükdə bu xalqa, bu millətə çox böyükxeyir gətirəcəkdir.

Bir neçə kəlmə dəməscidin layihəsini vermiş Mənsur Hüseynov barəsində danışmaq istəyirik. MənsurHüseynov çox gəncdir və istedadlı bir memardır. Onun layihəsi əsasında ölkəmizdəneçə-neçə milli memarlıq abidələri inşa edilib. Bir həqiqəti də deyim ki, mən Mənsur Hüseynovun üzünü də görməmişəm. Amma gördüyü işləristər-istəməz məni bir yazar kimi düşündürüb və maraqlandırıb. Onu da öyrəndim ki,Mənsur Hüseynov «Qolosium» MMC-nin icraçı direktorudur və əslən Laçındandır. Hərhalda, o, Cocuq Mərcanlıya gələndə Laçına bir az da yaxınlaşır və onun ab-havasınıduyur. Mənə elə gəlir ki, elə Mənsur Hüseynovu bu yerə bağlayan həm də Laçın sevgisi,Laçın məhəbbətidir. Onu da xatırladaq ki, bu məscid Şuşa məscidinin oxşarıdır.

Tikintinin bu tezlikləyekunlaşmasında baş nazirin müavini, Qaçqınların  və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin sədri Əli Həsənovun da çox böyük xidmətləri var. Eşitdiyimizə görə,elə bir gün yoxdur ki, Əli müəllim tikinti ilətelefon əlaqəsi yaratmasın, öz tövsiyə və tapşırıqlarını onlara verməsin.Üstəlik də Əli Həsənov dəfələrlə özü Cocuq Mərcanlıya gedib və orda lazımi göstərişlərverib.

Hər halda, ölkə prezidenticənab İlham Əliyevin böyük xidmətlərindəndir ki, Cocuq Mərcanlı qısa zaman kəsiyindəyenidən möhtəşəm tikilib. Təbii ki, bu tikintinin, bu yeni kəndin açılışını nəinkibiz, hətta xarici ölkələrdə də böyük səbrsizliklə gözləyirlər. Çünki Cocur Mərcanlınıcənab prezident bütün dünyaya tanıtdırdı. Və indi Cocuq Mərcanlı dünyadan görünənbir kənddir…

Faiq QİSMƏTOĞLU

Bakı- Horadiz-CocuqMərcanlı-Bakı.

TƏQVİM / ARXİV