adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 May 2017 15:30
21319
ƏDƏBİYYAT
A- A+

“Türkiyə ədəbiyyatı antologiyası” təqdim olunacaq

"Türkiyə ədəbiyyatı antologiyası” çap olunub

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – "Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) işıq üzü görüb.

XIX-XX əsr Türkiyə ədəbiyyatının mənzərəsini ilk dəfə küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda əllidən çox tanınmış Türkiyə ədibinin əsərləri yer alır.

Antologiyanı dilimizə tərcüməçilər – Qəmər Alxanova, Kəmalə Ələkbərova və Sənan Nağı çeviriblər. Ön sözün müəllifi Etimad Başkeçid, redaktorlar – Yaşar Əliyev və Salam Sarvandır.

Kitab iyunun 5-də Bakı saay 11-00-da Yunus Emre İnstitutunda ictimaiyyətə təqdim olunacaq.