adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
31 May 2017 10:47
4186
ŞOU-BİZNES
A- A+

Sevgilisindən Dəniz Səki açıqlaması

Həbsdə olan müğənni Dəniz Səkini tərk etdiyi deyilən Faruk Salman danışıb.

Adalet.az axşam.az-a istinadən bildirir ki,Salman Dənizdən ayrılması ilə bağlı deyilənlərin doğru olmadığını bildirib:

"Ayrılmağımızla bağlı iddianın ortaya atıldığı gün bibim dünyasını dəyişmişdi. Dəniz xanımı həbsxanada ziyarət edəcəkdim, amma jurnalistlər orada idi. Bazar ertəsi isə onun yanına getməməyimin səbəbini özünə çatdırmışam. Dənizi tərk etməmişəm. O qız həbsdə ikən bir dəliqanlı bunu etməz".

Xatırladaq ki, Faruk Salmanın atasının təhriki ilə Dəniz Səkidən ayrıldığı, hətta uzun müddət gizlənən müğənnini polisə xəbər edənin də gələcək qayınatasının olduğu deyilirdi.