ANA SƏHİFƏ / TEXNOLOGİYA

Böyük səhifə sahiblərinə PİS XƏBƏR - Əliniz cibinizdə olsun

64614    |   2017-05-31 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər "Facebook" paylaşımların çatdırılma sayını azaldıb. Belə ki, sosail şəbəkədəki qrup və səhifələrdə paylaşılan yazılar daha az istifadəçiyə çatdırılır, çox paylaşım edən şəxslərin isə hesabı əngəllənir. Bu da nəticədə istifadəçilər arasında narazılıqların yaranmasına gətirib çıxarır.

Adalet.az  xəbər verir ki, yaranan problemlə bağl ımetbuat.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, sosial şəbəkədə yaranan peroblemlər "Facebook"un kommersiya tərəfinin güclənməsi ilə bağlıdır:

"Onlar bu siyasəti addım-addım həyata keçirirlər. Yəni, əvvəllər pulsuz olan xidmətlər addım-addım pullu olmağa başlayır. Bütün qlobal resurslarda kommersiya xəttinin güclənməsi müşahidə edilir. Heç kim daha pulsuz xidmət göstərmək istəmir. Yalnız reklam vasitəsilə həmin paylaşımların daha böyük kütləyə çatdırılması əsas götürülür. Yəqin ki, istifadəçilər buna rəğmən müəyyən addımlar atmalıdır. Yəni, az miqdarda da olsa reklam verməlidir. Bu reklamların özünün də qayda-qanunları var. Belə ki, paylaşmaların daha geniş radiusa çatdırılması istənilirsə, bunun özünün müəyyən bir siyasəti, texnologiyası var. Məsələn, hansı vaxtlarda paylaşım etmək daha məqsədəuyğundur və s.

"Facebook" pulsuz heç nəyi paylaşmaq istəmir

İndi müxtəlif kommersiya qurumları, redaksiyalar və saytlar daha çox paylaşma istəyirlərsə, əvvəlki dövrlər arxada qalıb. Yəni, "Facebook" pulsuz heç nəyi paylaşmaq istəmir. Hansı istifadəçinin nə qədər pulsuz paylaşım etməsinə baxır. Lazım olanda, həmin profillər "Qara siyahı"ya atılır və ya məhdudlaşdırır.

"Facebook"un kommersiyalaşma xətti zamanla artacaq

Adi istifadəçilər üçün, bu, elə də böyük dəyişiklik deyil. Burada söhbət qeyri-kommersiya tipli fəaliyyət göstərənlərdən gedir. Lakin əksinə, kommesiya məqsədilə istifadə edənlər "Facebok" reklamlarına üstünlük versələr yaxşıdır".




İmza:
SON XƏBƏRLƏR
2017-10-21


VİDEO
YAZARLAR
Seyfəddin Altaylı
Əbülfət MƏDƏTOĞLU
Nicat Novruzoğlu
Oğuz Ayvaz
Əbdürrəhim bəy Haqverdiyev
Fəridə RƏHİMLİ
Əlövsət Bəşirli
FAİQ QİSMƏTOĞLU
Cəlil Məmmədquluzadə
İradə TUNCAY
Məzahir Əhmədoğlu





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki satıcı öz fırıldaqlarından məharətlə danışır:
-Bilirsən, mən bir axmağa kivi adı ilə kartof satmışam.
-Eh, bu nədi ki, mən birinə doğurçu adı ilə oyuncaq tutuquşu satmışam.
-Bunun nəyi qəribədi ki?
-Mən sonra ona quş üçün yemək də satmışam.




digər lətifələr
ARXİV
FACEBOOK