adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 May 2017 14:27
26560
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

İranda bir nəfər şərab içdiyinə görə qırx şallaq cəzasına məhkum edilir. Bədbəxtə qırx şallaq vurulub qurtarandan sonra fərmandar üzünü tutur meydandakı camaata deyir:

- Cənnətin qapısı açıqdır, kim çıxıb ona bir şallaq vursa cənnətə gedəcək.

Bir, iki, üç, dörd … nəfər çıxıb hərəsi ona bir şallaq vurur, day çıxan olmur.

Şallaqlanan birtəhər qalxır ayağa, birtəhər köynəyini geyinir, yaxasını düymələməmişdən əvvəl deyir:

- Day getmək istəyən yoxdu, cənnətin qapısını bağlayıram ha?!