adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 May 2017 14:11
16629
MARAQLI
A- A+

TRAMP GETDİKCƏ YELTSİNƏ OXŞAYIR

Məşhur bir Fransa filmi var, hamınız görmüsüz, adı dilimin ucundadı, tüpürdüm də düşmədi, baş rolda da Pyer Rişar oynayır. Deməli belə. Bankın müdiri istirahətə gedir, adi işçilərdən biri olan Pyer Rişarı da müvəqqəti öz yerinə qoyur. Aftafa görməyən Pyer də özünü itirir, bilmir neyləsin, qısası, heç cür özünü apara bilmir, nə edir-etsin, quşlayır.

Yeltsin də axır-axır çox quşlayırdı, gah içib camaatın qabağında tvist oynayır, gah katibələrini çimdikləyir, gah ağzı köpüklənə-köpüklənə başqa dövlətləri hədələyir, söyür, gah da səfərə getdiyi ölkədə içib yatıb qalırdı, təyyarədən düşə bilmirdi.

İndi baxıram Trampın hərəkətləri Yeltsinin axır-axır hərəkətlərinə oxşayır. Yeltsin axırdan-axıra o hərəkətləri edirdi, bu elə bəri başdan başlayıb.

Yeltsinin prezidentlik taleyi yaxşı qurtarmadı, nə isə…