Aqil ABBAS: BU DƏRD MİLLƏTİ ÇƏRLƏTMƏSƏ YAXŞIDI…

AQİL ABBAS
96633 | 2017-05-31 17:19

Bu dərdi necə atlayacayıq,bu acı xəbərə necə tab gətirəcəyik?! Özü də ilin-günün bu əziz vaxtında. Səki birbalaca qırışığımızı açıb bayramlıq eləyirdik, o da belə! Day heç zad! Saytlarıaçmaq olmur, sosial şəbəkələr qan ağlayır.

Kərbəlayı:«Şuşanıaldılar dinmədim, Laçını, Kəlbəcəri, Ağdamı… aldılar dinmədim. Dedim, torpaqdı də, bellərinəşəlləyib İrəvana aparmayacaqlar? İndi də bu!Heç oğlum Yadullanın müsibəti belə olmamışdı».

Gül kimi bir ətək pul töküb Sülh platforması yaratmışdıq, bütündünya da bizim bu Sülh platformasından danışırdı, biz də genəlirdik, forslanırdıq,di ala!

Nədənsə platformasözü eşidəndə yadıma dəmiryolu vağzalı düşür:«Hörmətli sərnişinlər! Bakıdan Ağdama gedən 256 nömrəli qatar birinci platformanın birinci yolundan yola düşür». Rus aksenti ilə deyilən bu sözlər lap Qədir Rüstəmovun səsi kimi adamın canına Zarıslıbulağının suyu kimi yayılırdı. Biz də birinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə gedirdik Ağdama.

Necə ki indi qazaxlılarbirinci platformanın birinci yolundan qatara minib şellənə-şellənə Qazaxa, gəncəliləlr birinci platformanın ikinciyolundan qatara minib şellənə-şellənə Gəncəyə,necə cavanlarımız ikinci platformanın birinciyolundan qatara minib şellənə-şellənə Moskvaya, nataşalarla kef çəkməyə gedirlər, bax, biz də elə birinciplatformanın birinci yoluyla qatara minibşellənə-şellənə gedirdik Ağdama.

İndi Sülh platformasının birinci yolundan qatara minib şellənə-şellənə Sülhə getmək üçün yavaş-yavaş təzəcə çırmanırdıq ki, ataman Biçeraxovbizi satdı. Salyanın bizə bəxş etdiyi dəli-dolu şairimiz Əlisəmid Kür demiş: «Nağaracuğaaa!»

Baxıram,saytlar, sosial şəbəkələr partlayır. Nə yazılasıdı,nə deyiləsi, nə də danışılası! Özünüzü tox tutun. Udey, dünən bir xəbər də oxudum,xeyli toxdadım. Heç demə, yazıq ataman Biçeraxovun o qədər də günahı yoxuymuş! Bizi Sülh platformasının birinci yolundanqatara mindirib şellənə-şellənə sülhə aparacaq platformaçılar ataman Biçeraxova qahmar çıxıblar ki, Biçeraxovbizi çox sevir, sadəcə olaraq erməni «vorzakonlar» onu bu satqınçılığa məcbur eləyiblər.Yazıq neyləsin, bir çətən külfəti var.

Teymurəmi demiş, qəti qorxusu yoxdu, it ilxısıköpək sürüsü. Hər yer doludu erməniylə.

Təzəsini tapıb gətirərik.


TƏQVİM / ARXİV