adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 May 2017 16:50
22755
KRİMİNAL
A- A+

Qadınların çantalarına girənlər tutuldu

Nəsimi rayonunda çantadan pul oğurlayan şəxslər saxlanılıb.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 26-da paytaxt sakini L.Nurəliyevanın çantasından 500 manat pul və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Orxan Gözəlli və Ağsu rayon sakini Orxan İmanov tutulublar.

Ətraflarında aparılan tədbirlərlə onların aprelin 13-də A.Quliyevanın çantasından mobil telefon oğurlamaları da müəyyən edilib.