adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 May 2017 17:03
16870
MARAQLI
A- A+

Dünyanın ən bahalı avtomobili təqdim olundu

Böyük Britaniyanın "Rolls-Royce" şirkəti dünyanın ən bahalı avtomobilini təqdim edib.

Şirkətin "Sweptail" yeni və yeganə modeli İtaliyada keçirilən "Villa" eleqantlıq müsabiqəsində nümayiş olunub.

Məlumata görə, "Sweptail" sırf əl işidir və 1930-cu illərin "Rolls-Royce" avtomobillərinin üslubuna xas dizayn edilib.

Yeni avtomobilin dəyəri 13 mln. dollardır. Bununla da, "Rolls-Royce Sweptail" dünyanın ən bahalı avtomobili hesab edilir.