adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 May 2017 14:02
15112
KRİMİNAL
A- A+

İki məktəblinin davası ölümlə nəticələndi

Masallıda iki məktəblinin münaqişəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.