adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 May 2017 12:50
23375
KRİMİNAL
A- A+

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.