adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 May 2017 22:54
5905
DÜNYA
A- A+

Mançesterdəki terror aktı ilə əlaqəli daha bir nəfər saxlanıldı

Mançesterdəki terror aktının araşdırılması çərçivəsində daha bir nəfər saxlanılıb.

Adalet.az xəbər verir ki, bununla da "Mançester-Arena" stadionunda terror aktı ilə bağlı saxlanılanların sayı 14 nəfərə çatıb, onlardan 2-si buraxılıb, 12 nəfər həbsdə qalır.

Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 12-si uşaq olmaqla 22 nəfər ölüb, 75 nəfər xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. (trend)