adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 May 2017 14:39
4526
İDMAN
A- A+

Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı

"Qarabağ” Azərbaycan futbolunda ilkə imza ata bilər.

Çempionumuz Çempionlar Liqasının ikinci təsnifat mərhələsini uğurla adlayacağı halda, növbəti mərhələdə "Səpələnmişlər” arasında yer alacaq. Bu isə o deməkdir ki, Ağdam klubu pley-offa gedən yolda reytinqcə özündən aşağı olan komanda ilə üz-üzə gələcək.

Bu, Çexiyada 2016/17 mövsümünün çempionu müəyyənləşdikdən sonra məlum olub. Belə ki, Çexiyada qızıl medallara ötən il ÇL-də "Qarabağ”ı mübarizədən kənarlaşdıran "Viktoriya Plzen” yox, "Slaviya” sahib çıxıb.

Qeyd edək ki, hazırda "Qarabağ”ın hesabında 18, 050 reytinq xalı var.