adalet.az header logo
  • Bakı 19°C
28 May 2017 14:35
5030
DÜNYA
A- A+

İŞİD Misirdə törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Misirin El-Minya vilayətində xristian koptlara edilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.

Belə ki, terrorçular xristian koptların olduğu avtobusa hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Misirin baş nazirinin administrasiyasının yaydığı bəyanata əsasən hücum zamanı 29 nəfər öldürülüb. Avtobusa silahlı hücumdan sonra Misir ordusu terrorçu qruplaşmanın Liviyanın Derne şəhərindəki mövqeyinə hava zərbəsi endirib. Terror aktının həmin şəhərdəki silahlılarla əlaqəli olduğu bildirilir.