adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 May 2017 22:29
21653
ƏDƏBİYYAT
A- A+

Mövludun “Çətirsiz”i təqdim edildi

Bu gün M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum yazıçı Mövlud Mövludun "Çətirsiz" adlı hekayələr kitabının təqdimatı keçirilib.

Adalet.az xəbər verir ki, mərasimdə Teleqraf Holdinqin rəhbəri Aynur Camalqızı, millət vəkili Fazil Mustafa, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, tanınmış yazıçılar Səfər Alışarlı, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Kənan Hacı, Faiq Balabəyli, Kəramət Böyükçöl, Aqşin Evrən, Qan Turalı, media nümayəndələri və oxucular iştirak edib.

Mərasimi giriş sözü ilə açan şair Qismət Mövlud Mövludun yaradıcılığından və kitabın ərsəyə gəlməsindən danışıb. Daha sonra söz alan Kəramət Böyükçöl dostu Mövludla bağlı xatirələrini bölüşüb.

Tədbir iştirakçıları növbə ilə Mövludun hekayələri haqqında fikirlərini bölüşüblər.

Təqdimat mərasimində Mövludun həyat yoldaşı Sevinc Fədai və övladı Ucal da iştirak edib.