adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
27 May 2017 22:07
4600
HADİSƏ
A- A+

Yardımlıda qəza: 2 avtomobil toqquşdu

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb.

Adalet.az xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib.

"Mercedes” markalı minik avtomobili qarşıdan gələn "Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.