adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 May 2017 14:14
9578
SİYASƏT
A- A+

Milli Məclisin növbədənkənar iclası keçirilə bilər

Xəbər verdiyimiz kimi, mayın 31-də Milli Məclisin son iclası keçiriləcək. Parlamentin yaz sessiyası başa çatdıqdan sonra iyun ayında növbədənkənar iclas çağırıla bilər.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, parlamentin növbədənkənar iclasının keçirilməsi gözlənilir.

Onun sözlərinə görə, son iclasda bu barədə məlumat veriləcək.

Qeyd edək ki, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini isə müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.