adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 May 2017 11:53
5924
MƏMLƏKƏT
A- A+

Azərbaycanda qadın qətllərinin sayı artır - Səbəb nədir?

"Azərbaycanda ailə-məişət zorakılığı zəminində qətlə yetirilən qadınları sayı ildən-ilə artır"

Bunu "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, qadın qətillərinin sayının artması ciddi narahatlıq doğurur: "Qadınların öldürülməsi hadisələri yeni deyil. İlk dəfə qətillərin monitorinqini 2004-cü ildə aparmağa başladıq. Monitorinqlər zamanı məlum olub ki, 15 qadın evdə müxtəlif formada qətlə yetilirib. Sonrakı illərdə mətbuatda çıxan qadın qətillərini ümumiləşdirib məlumat verirdik. Son illər bunu etməyə imkan yoxdur. Lakin ildən- ilə müşahidə edirik ki, qadınların öldürülməsinin statistikası artır. Bu, artıq ciddi tədbirlərin görülməsinin vacibliyindən xəbər verir. Məişət zorakılığı, evdə baş verən qətillər ailədaxili problemlərdən yaranır, təəssüf ki, biz ailəyə daxil olub problemi vatında həll edə bilmirik".

M.Zeynalova qeyd edib ki, ailələrə kömək üçün sosial iş aparılmalıdır: "Düzdür, mərkəzlər fəaliyyət göstərir, icra hakimiyyətlərinin tərkibində komissiyalar yaradılıb. Lakin mahiyyət etibarı ilə nəsə dəyişməyib. Hadisələr təkrarlanır, qətillər bir qədər də qəddarlaşır və baş kəsməyə qədər gəlib çıxıb. Artıq 2 ildir ki, mətbuatda qadınların başının kəsilməsi xəbəri gedir və bu, dəhşətli hadisə kimi deyil, adi xəbər kimi qarşılanır. Bu gün gündəmdə olan hadisələrin qarşısını almaq üçün ən yaxşı vasitə sosial iş institunun daha da genişləndirilməsidir. Təəssüf ki, bələdiyyələr bu məsələlərdə aktiv deyil. Resurslarımız var, lakin bunu yönləndirmək işi zəif olduğu və ləng getdiyinə görə nəticə olmur".

Təşkilat sədri bildirib ki, qadın qətillərinin qəddarlaşmasının səbəblərindən biri də mədəni səviyyənin aşağı olmasıdır.

"Televiziyada filmlərdə gedən zorakılıq səhnələri, mətbuatda gedən informasiyalar, müharibə dövrü yaşayışı da burada xüsusi rol oynayır.
Bəzi qadınların fahişə olduğuna görə öldürülməsi sadəcə bir möhürdür. Bu sovet dönəmindən qalıb və hesab edirlər ki, guya namus üstündə törədilən cinayətə görə az iş veriləcək".