adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 May 2017 21:45
3685
GÜNDƏM
A- A+

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Efiopiya Prezidenti Mulatu Teşome Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deylir: "Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğumu bildirirəm.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

XXX

Kuba Respublikasının Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan:

"Zati-aliləri, Sizi Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə ən xoş arzularımı çatdırıram.

Sizə yüksək hörmət və ehtiramlarımı bildirirəm".

XXX

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:

"Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizə ehtiramımı bildirim və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və rifah arzu edirəm.

Uzun illər boyu bizim regionlarımız arasında qarşılıqlı faydalı dostluq münasibətləri inkişaf edir və möhkəmlənir. Heydər Əliyev Fondu tərəfindən Həştərxanda Azərbaycan Biznes Mərkəzinin inşa edilməsi buna növbəti parlaq sübutdur.

Səmimi qəlbdən ümid edirəm ki, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcək və möhkəmlənəcək".

XXX

İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib: "Zati-aliləri, cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Gününün qeyd olunması mənə İsveçrə Federal Şurası adından Zati-alinizə səmimi təbriklərimi, ölkənizin inkişafı, həmçinin xalqınızın cansağlığı və rifahı üçün ən xoş arzularımı çatdırmağa gözəl imkan yaradır.

Əminəm ki, ölkələrimiz arasındakı qarşılıqlı inam və dostluq əlaqələri qarşıdan gələn illərdə daha da dərinləşəcəkdir.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".