adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2017 17:26
21628
ELM VƏ TƏHSİL
A- A+

ADU tələbələri “Piqmalion” pyesini səhnələşdirib

Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin tərcüməsi kafedrasının təşkilatçılığı ilə Böyük Britaniya yazıçısı Bernard Şounun "Piqmalion” pyesi ingilis dilində tamaşaya qoyulub.

Universitetdən Adalet.az-a verilən məlumata görə, adıçəkilən kafedranın müdiri, dosent Tamilla Əmirovanın rejissorluğu və Şifahi anlama və nitq 2 fənnini tədris edən baş müəllim Nurlana Heybətovanın ssenarisi üzrə Tərcümə fakültəsinin I və III kurs tələbələri eyniadlı pyesi səhnələşdirib.

Öncə Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova qonaqları salamlayaraq B.Şou dramaturgiyasının məhsulu olan "Piqmalion” pyesi haqqında ətraflı məlumat verib.

Daha sonra pyesdən səhnəciklər nümayiş olunub.

Sonda ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev Tərcümə fakültəsinin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini deyib, tələbələrin pyesi peşəkar səviyyədə nümayiş etdirdiklərini vurğulayıb. O, bu pyeslərin tələbələrin dil qabiliyyətlərinin inkişaf etdirilməsində mühüm rolunun olduğunu sözlərinə əlavə edib.

Qeyd edək ki, tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri ilə yanaşı, ABŞ və Böyük Britaniya səfirliklərindən də qonaqlar qatılıb.