MÜSƏLMANA KİTAB OXUMAQ YARAŞMIR?

FAİQ QİSMƏTOĞLU
72518 | 2017-05-26 15:29

… Dünya sanki ikiyerə ayrılıb: bir hissəsi deyir ki, kitab oxumaq lazımdır, qəzet oxumaq lazımdır,bir hissəsi də buyurur ki, kitab, qəzet oxumaq boş şeydi. Əsas məsələ odur ki, adamınpulu olsun! Pul ki, oldu ha, o adamdan güclü və ağıllı insan çətin ki, tapılar…

Yəqin ki, hər ikifikrə müxtəlif bucaqlardan baxan insanlar da var. Yəni kimsə birmənalı deyə bilməz ki, birinci haqlıdır,yoxsa ikinci? Amma məsələnin görünən tərəfi ondan ibarətdir ki, oxuyan, öyrənən,gəzən insanlar çox dünyagörüşlü olurlar. Onlar hər şeyi dərk eləyirlər, ağı qaradanseçməyi bacarırlar. Savadlı və elmli olduqlarına görə, düşdükləri çətin andan daçıxmağa nail olurlar…

… İndi biz qalmışıq odla su arasında: kitab oxumaq bizəyaraşır, ya yaraşmır?! Deyirlər ki, kitab oxuyan elmli insanlar əsl adam olurlar.Amma mən elmlər doktoru, professor tanıyıramki, onun elmi olsa da, adamlığı yoxdu. Elmi olmayıb adamlığı olan insanlar da tanıyıram:elə bizim kənddəki rəhmətlik Seyid Əli Ağa. Ömrü boyu kitab oxumamışdı, qəzetə baxmamışdı.Amma bu adam başdan-ayağa nur və işıq idi. O, dünyasını dəyişəndə də kənd bir-birinədəydi. Və bu gün də Seyid Əli Ağanın yeri görünür. Deməli, əsas məsələ kitab oxumaqdançox insanın qanında, içində, kökündə müəyyən genlərin olmasıdır. Əgər qanında, kökündəmərdlik, dəyanət, qürur, namus, qeyrət yoxdusa, çətin ki, qəzet oxumaqla, kitaboxumaqla o boşluğu doldurasan və adam olasan…

Ancaq bizə kitaboxumaq, qəzet oxumaq hər zaman, hər an lazımdı. Necə ki, avropalılar kitab oxudu,elm öyrəndi və başqa planetlərə gedib çıxdı, bizimsə başımız cəhalətə, avamlığaqarışaraq çox şeyi yaddan çıxardıq. Böyük bəstəkar və publisist Üzeyir Hacıbəyovun qələmə aldığı bir məqalə yadıma düşür: «Qərəz,getdim…». Həmin məqalədə Üzeyir bəy yazır: «…Qərəz, getdim axundun yanına. Ordan-burdansöhbət elədik, çay içdik, yenə söhbət elədik. Danışdıq, axırda soruşdum ki, axund,qəzet oxumaq nə tövrdür? Buyurdu ki, qəzet oxumaq haramdır. Dedim: Axı, qəzet biryaxşı şeydir, adama nəfi çoxdur, gözümüzü açır. Buyurdular ki, qəzet oxumaq haramdır…

… Müsəlman intelligentinitapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən allah, görürsənmi, axundbuyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi:

- Əlbəttə, axundelə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm. Və vodkasız da abed eliyə bilmərəm…

… Ona görə bir qədərdinləyib sonra dedim ki, lotu, bəs vodka necə? Müsəlmana vodka yaraşırmı? Dedi:«Vodka yaraşır. Çünki ruslar və rus arvadları görəndə ki, mən müsəlman vodka içirəm,onlara çox xoş gəlir. Daha mənə «vəhşi müsəlman» demirlər».

Hələ ötən əsrin əvvəllərindəintelligentlər belə müsəlman qəzetlərinixoşlamayıblar. Çünki müsəlman qəzetlərini, o cümlədən «İrşad»ı oxuyanlara onlara«obrozovonnu» adam kimi baxmayıblar. Deyiblər ki, gör bu nə qədər geridə qalıb ki, gedib müsəlman qəzetləri oxuyur.Ancaq gürcülərin, ermənilərin öz qəzetlərini oxumasına heç kəs qəmbərqulu qoyulmayıb.Və bizim «millətsevrələr» özlərini başqalarına nümayiş elətdirmək üçün kişinin oğlanlarıancaq rus qəzetləri oxuyurmuş. Qoy kim nə istəyir onu oxusun. Və bugünün özündədə elə bəzi «obrozovonnular» öz yazıçılarımızı, publisistlərimizi bəyənmirlər. Onlarbeş-altı Nobel mükafatı almış yazıçılardan dəm vururlar. Biz demək istəmirik ha,dünyaşöhrətli yazarların romanları, povestləri bir şey deyil. Adamı yandıran odurki, bəzi «obrozovonnularımız» bir-iki Nobel mükafatı almış o məşhur yazarların adlarınıvə soyadlarını yadda saxlayaraq həmişə onlardan danışırlar. Həqiqətə gələndə isəheç bizim «obrozovonnular» Nobel mükafatı almış yazıçıların əsərlərini oxumayıblarda. Ən yaxşı halda olsa-olsa bir-iki əsər haqqında kimlərinsə danışdığını yaddasaxlayıblar. Elə bunu da əldə bayaraq eləyərək harda gəldi öz yaxşı yazarlarımızında qabırğalarına döşüyürlər. Guya bizdə yaxşı yazıçı olmayıb və üstəlik də onlarbir çox mövzuları xarici yazarların əsərlərindən oğurlayıblar.

Deyəsən, axı onlarzarafat eləyirlər. Bizim millətin də əlindənçox şey gəlir. Heç avropalılar onların bir işini belə başa çatdıra bilməz.Məsələn, avropalı heç vaxt bir boşqab xaşla bir litr arağı yeyib-içə bilməz… Avropalıbizim millətin söyüş söyələri kimi yeddi mərtəbəli söyüş eləyə bilməz… Bizim millətinyalan danışanı kimi avropalı heç vaxt yalandanışmağı bacarmaz…

Hələ mən qeybət eləməyidemirəm. Bu gün arvadlar yaddan çıxıblar. Kişilərimiz hər hansı avropalı ilə qeybəteləmək sarıdan yarışa girsə, onun dizin qatlayıb qoyar ayağının altına. Və avropalınıngözü xortlamış ölünün gözü kimi bərəli qalar…

Bilmirəm, kitab oxumaqbu qədər matah olub?! Elə yerindən duran deyir ki, kitab oxumaq lazımdır. O güninternet saytlarında istedadlı bir müəllifinkitabla bağlı yazısını oxudum. Və o kişinin oğlu da bu qənaətə gəlib ki,kitabı oxumaqdan çox istirahətə gedəndə özünlə aparmalısan ki, sənin köməyinə çatsın.Məsələn, kabab bişirmək istəsən, odun tapasan kitabı cır, vərəqi yandır qoy yaşodunun altına. Gör necə ocaq qalanacaq? Ya da üzr istəyirəm, meşədə harasa getdin,təbii ehtiyacını ödəyəndə yenə kitabı cır, vərəqindən istifadə elə. Hələ bu da yetərlideyil, gördün ki, stolun bir tərəfi yerdə yaxşı oturmur, o dəqiqə kitabın vərəqlərinicır qoy stolun altına. Bax, onda stol öz yerində daha rahat duracaq…

Görürsünüzmü, bizimmillətin bu gün kitaba münasibəti belədir. Bir neçə gün bundan əvvəl metronun «Elmlərakademiyası» stansiyasının yaxınlığındakı parkda kitab sərgisinə rast gəldim. Bütünkitablara diqqətlə baxdım. Hamısı poliqrafiya baxımından çox orijinal və gözəl çapedilib. 10-15 dəqiqə orda gəzdim, amma bir kitab alan görmədim. Orta yaşlı bir neçəadam yaxınlıqdakı köşkdən 5-6 pivə almışdılar və içə-içə gedirdilər. Pivəni içibşişman qarınlarını əlləriylə sığallayırdılar. Heç orta yaşlı adamın da bu yekəlikdəqarnı olar? Deməli, bəzi cavanlar və ortayaşlılar ancaq qarınlarını düşünürlər…

Ay rəhmətliyin uşaqları,indi kitab oxuyan çox az adam tapılar. Çünki kitab oxumayanların varı, dövləti,hər şeyi var, kitab oxuyanların isə çox şeyi yoxdur. Bax, görün indi müsəlmana kitaboxumaq yaraşır, yoxsa yaraşmır?


TƏQVİM / ARXİV