adalet.az header logo
  • Bakı 13°C
26 May 2017 15:23
164612
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***

İradə Sarıyeva: "Ümid insanın ən çox ehtiyac duyduğu bir məfhumdu. Odur ki, ümidimiz heç vaxt kökdən düşməsin!


***

Hikmət Orhun: "Deməli, qohumlar eşidib kitabım çıxır, indidən qapımı kəsdiriblər ki, bizə pay verərsən. Dedim, kitabdan pay olmur, konfet-zaddır? Hərəniz azı iyirmi manat tərləməmiş üzünü belə görə bilməzsiniz. "Yaxşı" deyib razılaşdılar”.


***

Varis Yolçuyev: "Bütün əbədi ayrılıqlar "hələlik" sözü ilə başlayır”.


***

Rza Rzayev: "Dərinliyin dayaz yerində dayananlar var!


***

Nail Zeynalov: "Əslində, Səudiyyə Ərəbistanına səfər eləyəndə Trampın arvadı Melania başını bağlamaq istəyib, sadəcə, ərəblər deyiblər ki, lazım deyil, biz səni lüt görmüşük... ".


***

Ayxan Ayvaz: "Bu gün netbukuma qovuşdum, yazdığım yarımçıq hekayələrin və romanın "sağ" qalması məni o qədər sevindirdi ki... Yazdıqlarımı itirməyim eynən ən yaxınımı itirməyə bənzəyir”.


***

Cəlil Cavanşir: "Dünyanın ən gözəl anasıdı mənim anam. İki qardaş, bir bacı böyüdüb mənə. Hər biri başqa bir dünya. İndi də oğlumu böyüdür. Mükəmməl tərbiyə, təhsil, sevgi... İlahi, bir qadına bu qədər sevgini necə vermisən?”.


***

Tunay Əliyeva: "Asan əldə olunan qadın yoxdur, sevən qadın var. Buna görədə asan əldə olunduğunu düşünürlər”.


***

Anar Bayramoğlu: "Romantik yox, çox qanacaqsız havadı. Allergiyadan gəbərmək üzrəyəm”.


***

Qadir İbrahimli: "İngilislər bütün dünyaya atır, Beynəlxalq Bank da ingilislərə atmaq istəyir”.


Sübhan Mahmudov