Misirdə silahlı hücum: 23 ölü
Misirin cənubundakı Əl-Minya əyalətində avtobusa edilən silahlı hücum nəticəsində azı 23 nəfər həlak olub.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub.
Məlumata görə, 25 nəfər də xəsarət alıb.
Misir təhlükəsizlik qüvvələri hücumun baş verdiyi bölgədə silahlıların axtarışı məqsədilə əməliyyata başlayıb.
Digər Xəbərlər
17 Aprel 2024 20:43