adalet.az header logo
  • Bakı 19°C
26 May 2017 21:14
21552
ƏDƏBİYYAT
A- A+

Aslan Quliyevin yeni romanı çap olundu

Yazıçı Aslan Quliyevin "İsti və soyuq torpaqlarda” adlı romanı "Qanun” nəşriyyatında çapdan çıxıb.

Adalet.az xəbər verir ki, romanda müəllif özünə məxsus yazı tərziylə eyni gündə öldürülən qabanın, porsuğun və canavarın ruhlarının can verdikləri, görünüşləri, xasiyyətləri ilə də bu heyvanlara oxşayan üç dostun isti və soyuq torpaqlardakı maraqlı, gərgin, qəribə həyatlarından, bu torpaqlara dəniz sahillərindən gələn "Balıq başı yeyənlər”, Sibirdən gələn "Yelqovanlar”, Ərdəbil ətrafındakı dağlardan gələn "Qəlyançəkənlər”, "Başkəsənlər”, bu torpaqlarda yaşayan "Oğraşlar”, "Duzəkənlər” tayfalarının qeyri-adi adətlərindən, insanlarla insanlar, insanlarla heyvanlar arasındakı qan davalarından, həyəcanlı, təhlükəli eşq macəralarından, digər tayfalardan, millətlərdən söz açır.