adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2017 13:22
7807
GÜNDƏM
A- A+

Prokurorluğa qəbulla bağlı müsabiqə başa çatdı

Prokurorluq orqanlarında infomasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar 18 aprel 2017-ci il tarixdə elan edilmiş müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət etmiş 40-dan artıq şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.

Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən 24 may 2017-ci il tarixdə Baş Prokurorluqda müsahibə keçirilib.

Müsahibənin nəticələri üzrə 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.