adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 May 2017 13:18
13349
ELM VƏ TƏHSİL
A- A+

Müəllimlərin kütləvi ixtisarı başlayır - Rəsmi açıqlama

"Bu günə kimi keçirilən diaqnostik qiymətləndirmə imtahanlarında zəif nəticə göstərən müəllimlərin ixtisarı qaçılmazdır".

Bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

Nazirlik rəsmis qeyd edib ki, diaqnosik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək, onlara nəticələrin yaxşılaşdırılması üçün şans veriləcək.

"Lakin bununla yanaşı qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol görünmür. İstəyirik ki, təhsil mühiti yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun".

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov isə deyib ki, bəzi müəllimlərin peşəkarlığını onları təlimə cəlb etməklə yüksəltmək mümkün deyil: "Biz belə müəllimlərin işləməsini məqsədəuyğun saymırıq. Artıq həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsi barədə müvafiq qurumlara tapşırıqlar verilib. Təbii ki, heç kim istəməz ki, uşağına belə müəllim dərs keçsin".

E.Bağırov diaqnostik qiymətləndirmələrdə zəif nəticə göstərən və ixtisar ediləcək müəllimlərin sayının kifayət qədər olduğunu vurğulayıb. "Ola bilər ki, belə müəllimlər özləri də ərizə yazaraq işdən çıxsınlar. Artıq işdən çıxmaq üçün müraciətlərin edilməsi halları var".