adalet.az header logo
  • Bakı 20°C
26 May 2017 12:53
7409
DÜNYA
A- A+

Daha bir türk hərbçi həlak olub

Türkiyənin Hakkari vilayətində baş vermiş partlayış nəticəsində bir hərbçi həlak olub.

Adalet.az-ın məlumatına görə, Çukurca rayonunda kustar üsulla hazırlanmış bomba partladılıb. Hadisə nəticəsində daha iki hərbçi yaralanıb.

Partlayışdan sonra bölgədə əməliyyata başlanıb.

Qeyd edək ki, ötən gün Türkiyədə PKK silahlıları ilə atışma nəticəsində 7 hərbçi həlak olmuşdu.