adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 May 2017 12:47
408048
MƏDƏNİYYƏT
A- A+

Xərçəngdən əməliyyat olunan aktrisaya qadağa

Ağciyər xərçəngi diaqnozu qoyulan və Amerikada əməliyyat olunan "Yeşilçam" ulduzu Hülya Koçiyitdən xəbər var.

2 gün reanimaisyada qalan aktrisa palataya köçürülüb. Lakin həkimlər aktrisaya 15 gün təyyarəyə minməyi qadağan ediblər. Səhhətinin və əhvalının yaxşı olduğu deyilən Koçiyiti ailəsi Amerikada da tək qoymayıb.

Aktrisanın əri Selim Soydan, qızı Gülşah Alkoçlar və kürəkəni Ender Alkoçlar bir an olsun belə, onun yanından ayrılmırlar.