adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2017 12:23
5752
MƏMLƏKƏT
A- A+

Qaxda silah-sursat tapılıb

Qax rayonunda su kanalının kənarından silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) "AKM-74” markalı silah, "TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.