adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 May 2017 11:47
8970
SİYASƏT
A- A+

Deputatlarımız ATƏT-in xüsusi toplantısına gedir

29-30 may 2017-ci il tarixlərində Avstriyanın Karintiya muxtar vilayətinin Villach şəhərində ATƏT Parlament Assambleyası üzvlərinin "Milli Azlıqların geriləməsi” mövzusunda xüsusi toplantısı keçiriləcək.

Toplantıda Azərbaycan Milli Məclisinin ATƏT PA-da nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev də iştirak edəcək.

Tədbirdə ölkələrin daxilində milli azlıqların qorunması, onların idarəetmədə iştirakı, dil və mədəniyyətlərinin qorunması, bunun üçün parlamentin rolu haqda geniş müzakirə olacaq.

Toplantıda ATƏT PA-nı prezidenti Kristine Muttonen, Karintiya bölgəsinin qubernatoru Peter Kaiser çıxış edəcəklər. Karintiya bölgəsinin etnik əhalisi olan slovenlər 1920-ci ildə referenduma bölgənin Avstriyanın tərkibində qalmasına səs vermişlər. Bu gün Karintiya Avstriyanın ən inkişaf etmiş vilayətlərindən biridir.