adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 May 2017 10:46
4135
HADİSƏ
A- A+

Bakıda ağır yol qəzası: Ölənlər var

Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107” markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına (DSQ) məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107”-dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb.

Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.