adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 May 2017 10:11
7342
DÜNYA
A- A+

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.Bu barədə "Associated Press" ölkənin hərbi generalına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər. Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.

Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin6 hərbçi də həlak olub.